Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Sahil Babayev: “Azərbaycanda minimum əməkhaqqı artıq MDB məkanında ikinci yerdədir”
  • Gündəm

Sahil Babayev: “Azərbaycanda minimum əməkhaqqı artıq MDB məkanında ikinci yerdədir”

rubinroot Aprel 25, 2022
Без названия

“Azərbaycan müstəqillik qazanandan sonra iqtisadiyyat sahəsində yüksəliş qeydə alınıb”.

Oxu.Az xəbər verir ki, bunu ulu öndər Heydər Əliyevin sahibkarlarla görüşünün 20 illiyinə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, cəmi üç-dörd illik bir dövrdə Azərbaycanda əmək müqavilələrinin sayı 400 min ədəd artıb:

“Bu, 30 faizlik artım deməkdir. Minimum əməkhaqları 2,3 dəfə artıb. Əməkhaqqı fondu iki dəfədən çox artıb. Özəl sektorda əməkhaqqı fondu 2,2 dəfə artıb. Median əməkhaqqı 80 faiz artıb. Orta əməkhaqqı 40 faizdən çox artıb. Bütün bu aparılan islahatların cəmi üç ildə alınan nəticələrdir. Bu islahatlar təkcə dövlət tərəfindən deyil, həm də sahibkarların, işəgötürənlərin bu islahatlara qoşulması ilə reallaşır”.

“Azərbaycanda minimum əməkhaqqı artıq MDB məkanında ikinci yerdədir. Azərbaycanda çox ciddi əmək münasibətləri bazası formalaşıb və şəffaflaşıb”, – deyə o qeyd edib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Parlament komitələrinin Şuşadakı birgə iclasının gündəliyi açıqlandı
Next: Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.