“Bərdədə ana tərəfindən küçəyə atılan uşaqların müvəqqəti olaraq uşaq evinə verilməsini istəyirik”.
“Rubin.az”Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib. O bildirib ki, məsələ Komitənin nəzarətindədir.
“Biz Bərdə rayon İcra Hakimiyyəti nəzdindəki monitorinq komissiyasına da müraciət etmişik. Komitə olaraq mövqeyimiz belədir ki, məsuliyyətsiz anaya uşaqlar qaytarılmasın. Müvəqqəti olaraq uşaqlar dövlət müəssisəsində saxlanılmalıdır. Qadınla iş aparılandan sonra qaytarılmalıdır. Məsələ diqqətimizdədir”.
A.Sofiyeva Bakıda daha iki uşağın küçəyə atılması məsələsinə də diqqət çəkib. “Uşağı dünyaya gətirmək və onu küçəyə atmaq cinayətdir. Cəmiyyət olduqca belə hadisələr baş verəcək. Bu, valideyn məsuliyyətsizliyidir. Hər bir belə faktla komitə maraqlanır. Bizim tərəfimizdən lazımi tədbirlər görülür və hüquq-mühafizə orqanlarına müraciət olunur”.