17 aprel 2022-ci il tarixində, Ramazan ayının 16-cı günündə Yekaterinburq şəhərinin müxtəlif universitetlərində təhsil alan Azərbaycanlı və Anadolunun müxtəlif yerlərindən gələn Türk tələbələr üçün Baş konsulluq tərəfindən iftar proqramı təşkil olunmuşdur.
RUBİN.AZ xəbər verir ki, proqram Qurani-Kərimin tilavəti ilə başlamışdır. İftar yeməyindən sonra tələbələr qarşısında çıxış edən Аzərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulu vəzifələrini icra edən Şöhrət Mustafayev, tələbələrə Vətən savaşından və zəfər səlnaməmizdən bəhs etmişdir. Daha sonra həm Azərbaycandan, həm də Türkiyədən təhsil almaq üçün Yekaterinburq şəhərinə gələn tələbələrin problemləri ilə yaxından maraqlanmışdır.