Xocalı, Daşkəsən və Tovuz rayonlarına yeni prokurorlar təyin edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Baş Prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Xocalı rayon prokuroru Şahin İmanov tutduğu vəzifədən azad olunaraq Daşkəsənə prokuror təyin edilib. Daşkəsən rayon prokuroru Maarif Hüseynov isə vəzifəsindən azad edilərək Tovuz rayon prokuroru təyin olunub.
Baş Prokurorun digər əmri ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev Xocalı rayon prokuroru təyin edilib.