Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Bursa şəhərində törədilən terror aktını pisləyib.
Modern.az xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində bildirilib.
“Qardaş Türkiyənin Bursa vilayətində baş verən terror hücumu nəticəsində həyatını itirən məmurun ailəsinə və yaxınlarına hüznlə başsağlığı veririk, yaralılara Allahdan şəfa diləyirik”, – paylaşımda deyilir.
Qeyd edək ki, bu gün Bursada həbsxana gözətçilərinin olduğu avtobus partladılıb. Partlayış nəticəsində 1 nəfər həlak olub, daha 4 həbsxana işçisi yaralanıb.