Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Minsk qrupunun fransız həmsədri Arayiklə görüşü RƏDD EDİB
  • Gündəm
  • Siyasət

Minsk qrupunun fransız həmsədri Arayiklə görüşü RƏDD EDİB

rubinroot Aprel 16, 2022
1650113991_fotojet-2021-11-04t131639.540

ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bris Rokfeyl Qarabağdakı separatçı tör-töküntünün rəhbəri Arayik Arutyunyanla görüşdən imtina edib.

Modern.az-ın xəbərinə görə, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Ermənistan mediası iddia edir ki, görüşdən imtinaya səbəb Qarabağdakı separatçıların Ukraynadakı qondarma “Donetsk və Luqansk xalq respublikaları”nı tanıması olub.

Məlumatlara görə, Xankəndidəki separatçıların rəhbəri Arayik Arutyunyan və onun özünü “xin başçısı” kimi təqdim edən yandaşı David Babayan fransalı həmsədrlə görüşməyə cəhd edib. Məqsəd fransalı həmsədrə yalvarmaq, ATƏT-in Minsk qrupunu Qarabağla bağlı danışıqlarda aktivliyə çağırmaq olub.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bris Rokfeyl aprelin 11-də İrəvana səfər etmişdi.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Yevlaxda maşın kanala aşdı – Sürücü batdı
Next: Mingəçevirdə kanalda batan şəxs əsgər imiş

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.