Bazar ertəsi, 30 Noyabr 2026 03:33:19 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00
Gündəm

Aİ-nin xüsusi nümayəndəsi: “Azərbaycanla Ermənistan arasında hərtərəfli nizamlanma lazımdır”

10.04.2022 20:17 · 129 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Brüsseldə keçirilən ikinci üçtərəfli görüş zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə əldə edilməsi istəyini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri özündə əks etdirən gələcək sülh müqaviləsini hazırlamaq tapşırılması qərara alınıb”.

“Report” xəbər verir ki, bunları Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar deyib.

“Müqaviləyə nələrin daxil olub-olmayacağını sadalamaq istəməzdim. İkitərəfli sülh müqaviləsinin məzmununu razılaşdırmaq yenə də son nəticədə tərəflərdən asılıdır. Mən öz tərəfimdən, şübhəsiz ki, bütün aktual məsələlərin həll olunacağı hərtərəfli Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasının xeyrinə bizim hamının bildiyi mövqeyimizi təkrarlaya bilərəm. Biz Ermənistanla Azərbaycan arasında regionun gələcəyi ilə bağlı fikir ayrılıqlarından xəbərdarıq. Bu, dəfələrlə ictimaiyyətə bəyan edilib”, – Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi deyib.

“Ümid edirik ki, hər iki tərəf regiondakı münaqişənin səhifəsini çevirə və sülh danışıqlarında konstruktiv iştirak edə biləcəyik. İkinci üçtərəfli görüş zamanı Aİ tərəflərə bu istiqamətdə hərəkət etməyə kömək etməyə hazır olduğunu bir daha təsdiqləyib.

Bildiyiniz kimi, sədr Şarl Mişelin bəyanatında 26 noyabr 2021-ci il tarixli Soçi bəyanatına uyğun olaraq aprelin sonunadək birgə Sərhəd Komissiyasının çağırılması da qərara alınıb. Onun mandatı Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd boyu və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi olacaq. Prezident Şarl Mişel Aİ-nin məsləhət və dəstək verməyə hazır olduğunu təsdiqləyib”, – Toyvo Klaar əlavə edib.

“Göründüyü kimi, onun bəyanatında Ermənistanla Azərbaycan arasındakı ikitərəfli sərhədə açıq şəkildə istinad edilir. Bununla belə, ümumiyyətlə hesab edirik ki, 30 ildən artıqdır davam etmiş münaqişənin əsasında duran bütün məsələlərin həlli üçün hərtərəfli nizamlanma lazımdır.

Aprelin 6-da elan olunduğu kimi, Ermənistan və Azərbaycan liderləri xarici işlər nazirlərinə gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləməyi tapşırmaq barədə razılığa gəliblər. Ona görə də başa düşürük ki, bu danışıqlar ilk növbədə iki ölkənin xarici işlər nazirləri tərəfindən aparılacaq və biz gələcək hərtərəfli həlldən danışdığımız üçün inanırıq ki, bir çox digər departamentlərin və tərəflərin nümayəndələrinin iştirakı tələb olunacaq”, – Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vurğulayıb.

O, qeyd edib Polşanın rəhbərliyi ilə ATƏT də Avropa Şurası prezidentinin himayəsi altında Ermənistan və Azərbaycan liderlərinin görüşünü, həmçinin mümkün sülh sazişi prosesinin başlanmasını alqışlayıb: “Fəaliyyətdə olan sədr həmçinin Cənubi Qafqazda sabit və sülh şəraitində vəziyyətin təmin edilməsi üçün bütün səylərə töhfə verməyə hazır olduğunu bildirib. Aİ Brüsseldə keçirilən ikinci üçtərəfli görüşə və onun nəticələrinə dəstək olaraq verilən bütün müsbət bəyanatları alqışlayır.

Birgə Sərhəd Komissiyasına gəlincə, xatırlatmaq istərdim ki, sədr Mişelin bəyanatında aprelin 6-da Brüsseldə əldə edilmiş öhdəliklərin və razılaşmaların 26 noyabr 2021-ci il tarixli Soçi bəyanatına uyğun olduğu açıq şəkildə qeyd edilir.

Aİ təbii ki, qonşuluğunda təhlükəsizlik, sabitlik və firavanlığın olmasında maraqlıdır, mən inanıram ki, bizim səylərimiz bütün əhalinin rifahı naminə regionda davamlı sülh və təhlükəsizliyə nail olmaqda erməniləri və azərbaycanlıları dəstəkləmək üzrə istənilən digər öhdəlikləri tamamlayır”.

↑