Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Kəlbəcər və Laçında yeni hərbi obyektlər tikilir – Video
  • Gündəm
  • Siyasət

Kəlbəcər və Laçında yeni hərbi obyektlər tikilir – Video

rubinroot Aprel 8, 2022
esas

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonu sahəsində yerləşən bir sıra döyüş mövqelərinə baxış keçirib, burada xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb.

RUBİN.AZ  Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Zakir Həsənov döyüş növbətçiliyinin təşkili və qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Sonra nazir Kəlbəcər və Laçın rayonlarında yeni istifadəyə verilmiş hərbi obyektlərə baxış keçirib. Məruzə olunub ki, müasir tələblər nəzərə alınmaqla yeni inşa edilmiş hərbi infrastrukturlarda şəxsi heyət üçün lazımi şərait yaradılıb.

Daha sonra nazirliyin rəhbər heyəti hərbi hissələrin parkında texnikaların saxlanma şəraiti, istismarı və göstərilən texniki xidmətin keyfiyyəti ilə maraqlanıb.

General-polkovnik Z.Həsənov məntəqələrdə görüləcək işlər zamanı şəxsi heyətin təhlükəsizlik qaydalarına tam əməl etməsi, eləcə də digər vacib məsələlərlə bağlı tapşırıqlarını çatdırıb.

Sonda Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi obyektdə aparılan inşaat işlərinin gedişatını yoxlayan nazir tikinti işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.


About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Prezident güləşçiləri qəbul etdi
Next: Ombudsman Ağdaban soyqırımı ilə bağlı bəyanat YAYDI

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.