Yəməndə ölkədaxili danışıqlardan sonra Prezident yanında İdarəetmə Şurası yaradılıb və keçid dövrü üçün dövlətin idarə edilməsi ilə bağlı səlahiyyətlər bu Şuraya verilib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Yəmən Prezidenti Abd Rabbu Mansur Hadi açıqlayıb.
Bildirilir ki, ölkə Prezidenti, həmçinin vitse-prezident Ali Mohsen al-Ahmari vəzifəsindən azad edib. Yeni qurum həm Prezidentin, həm də onun müavininin səlahiyyətlərini icra edəcək.
Şuraya Rişad Məhəmməf al-Alimi rəhbərlik edəcək.
