Ukrayna Prezidenti Volodimir Zelenski bu gün çərşənbə axşamı, aprelin 5-də BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edəcəyini bildirib.
Bu barədə “Report” Zelenskinin brifinq zamanı verdiyi açıqlamaya istinadən xəbər verir.
“Sabah (bu gün-red) İspaniya parlamentinə, eləcə də BMT Təhlükəsizlik Şurasına müraciət edəcəm”, – dövlət başçısı bildirib.
“Buça və digər şəhərlərdəki müharibə cinayətləri çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasında müzakirə mövzusu olacaq”, – Zelenski vurğulayıb.
Xatırladaq ki, Zelenski Rusiya Federasiyası ordusunun Ukrayna ərazisində, o cümlədən Kiyev vilayətində törətdiyi hərbi cinayətlərə görə BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.
