Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Spiker Özbəkistanda Heydər Əliyev adına Mədəniyyət Mərkəzində
  • Gündəm
  • Siyasət

Spiker Özbəkistanda Heydər Əliyev adına Mədəniyyət Mərkəzində

rubinroot Aprel 2, 2022
1648900065_d3529ec9-4ef0-4ab9-a85c-1ca6ad8a4053

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti aprelin 2-də Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub.

Modern.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova Mərkəzin qarşısında Ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, nümayəndə heyətinin üzvləri  gül dəstələri düzüblər.

Mərkəzin rəhbəri Samir Abbasov nümayəndə heyətinə məlumat verib ki, Heydər Əliyev adına Mədəniyyət Mərkəzi 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri zamanı istifadəyə verilib.

Daşkənd şəhərinin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yerləşən Mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək dostluq  muzeyləri fəaliyyət göstərir.

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, dövlət rəhbərləri ilə görüşlərini əbədiləşdirən fotosənədlər, görkəmli şəxslərin Heydər Əliyev haqqında fikirləri, həmçinin respublikamızın tarixin müxtəlif dövrlərinə aid xəritələri, tarixi sənədlər, görkəmli şəxsiyyətlər barədə məlumatlar, Azərbaycan və Özbəkistan arasında qədim tarixi və mədəni əlaqələrdən, bu gün inkişaf edən münasibətlərimizdən bəhs edən eksponatlarla tanış olublar.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib
Next: Baş nazir QƏRAR İMZALADI: Bu şəxslərin maaşlarına əlavə…

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.