Bazar ertəsi, 30 Noyabr 2026 03:49:29 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00
Gündəm

Ceyhun Bayramovun ATƏT sədri ilə geniştərkibli görüşü başlayıb

31.03.2022 16:15 · 138 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri qismində ölkəmizə rəsmi səfəri çərçivəsində Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşü ilə bağlı məlumat yayıb.

XİN-dən “Report”a verilən məlumatda bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ATƏT-in fəaliyyətdə olan sədri qismində ölkəmizə rəsmi səfəri çərçivəsində Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.

Nazirlər arasında təkbətək başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edib.

Nazirlər, ikitərəfli gündəlikdə duran əsas məsələləri, beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsi, xüsusilə də ATƏT ilə əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Azərbaycan Polşa ilə əlaqələrə böyük əhəmiyyət verdiyini, və ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində münasibətlərin inkişaf etməkdə olduğunu vurğulayıb. Bu xüsusda, iki dövlət rəhbəri tərəfindən 2017-ci ildə imzalanan “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyannamə”yə istinad edilib. Nazir, cari ilin ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunması ilə əlamətdar olduğunu bildirib və bu münasibətlə təbriklərini çatdırıb.

Nazir Zbiqnev Rau ikitərəfli siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edib və iqtisadi sahədə münasibətlərin daha da inkişaf etdirilməsi üçün imkanların olduğunu bildirib. O, Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə məmnunluqla istinad edib.

Nazir Ceyhun Bayramov Polşalı həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda, Azərbaycan tərəfindən atılan addımlar, bölgədəki son gərginliyin səbəbi və Ermənistan tərəfindən birgə bəyanatın müddəalarının pozulması, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidən qurma işləri ilə bağlı məlumat verib.

Tərəflər, Azərbaycanın ATƏT ilə əməkdaşlığı, ATƏT-in post-münaqişə mərhələsində normallaşma prosesinə töhfəsi, habelə regional təhlükəsizlik məsələləri, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

12.15

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau arasında təkbətək görüş başa çatıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviter səhifəsində məlumat yayıb.

Hazırda Azərbaycan və Polşa xarici işlər nazirlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşü keçirilir.

11:52

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau arasında təkbətək görüş keçirilir.

“Report” xəbər verir ki, C.Bayramov ATƏT sədrini nazirliyin önündə qarşılayıb.

Daha sonra tərəflər arasında təkbətək görüş başlayıb.

↑