Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrovla Mövlud Çavuşoğlu arasında görüş başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN rəsmi tviter hesabında paylaşıb.
Görüşdən əvvəl açıqlama verən Sergey Lavrov türkiyəli həmkarına bunları söyləyib: “Səfəriniz çox yerinə düşdü. Türkiyənin Ukrayna mövzusundakı balanslı mövqeyi çox önəmlidir”.