Ukrayna prezidenti Voladimir Zelenski bildirib ki, fevral ayında Kiyev Rusiya Federasiyasının prezident administrasiyasına Vladimir Putinlə telefon danışığı üçün sorğu göndərib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“Yalnız son günlər deyil, vaxtaşırı Ukrayna məsuliyyətli ölkə kimi hər an risklərin eskalasiyası, bu risklərlə bağlı məlumatlar, qoşun yeridilməsi ilə bağlı məlumatlar və bu kimi məsələlərlə bağlı işlər görür”- məlumatda deyilir.
Zelenski qeyd edib ki, telefon danışığını heç kim təsdiqləmir. Bir çox ölkələr öz təkliflərini edirlər, biz maraqlıyıq, mən heç bir ölkədən imtina etməmişəm. Bundan əlavə, biz özümüz bu və ya digər ölkəyə təklif etmişik. Rusiya Federasiyası ilə müxtəlif formatlarda razılaşmalar, danışıqlar aparılır.