Rusiya Prezidenti Vladimir Putin Ukrayna ətrafında vəziyyətlə bağlı danışıqlara hazırdır.
APA CNN-ə istinadən xəbər verirk ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib. O, qeyd edib ki, Rusiya rəhbəri həmçinin təhlükəsizlik zəmanəti ilə bağlı dialoqa hazırdır.
“Hər şeydən əvvəl Prezident Putin həmişə danışıqları və diplomatiyanı üstün tutur. Əslində, o, Rusiya Federasiyası üçün təhlükəsizlik təminatları məsələsinin təşəbbüskarı olub. Ukrayna problemin yalnız bir hissəsidir. Ən böyük məslə Rusiya üçün daha çox təhlükəsizlik təminatıdır. Əlbəttə ki, Prezident Putin danışıqlara hazırdır”, -deyə Peskov bildirib.