Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • İlham Əliyev serbiyalı həmkarını təbrik edib
  • Manşet
  • Rəsmi

İlham Əliyev serbiyalı həmkarını təbrik edib

rubinroot Fevral 14, 2022
1594814467

Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb.

RUBİN.AZ  xəbər verir ki, mətndə deyilir:

“Hörmətli cənab Prezident,

Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dinamik inkişaf yolunda olan Azərbaycan-Serbiya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, müxtəlif sahələrdə səmərəli əməkdaşlığımız münasibətlərimizin məzmununu real şəkildə əks etdirir.

İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin, strateji tərəfdaşlığımızın hərtərəfli inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Serbiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: İlham Əliyev Dövlət Xidmətinin bir qrup əməkdaşını təltif etdi – SƏRƏNCAM
Next: Ramiz Mehdiyev istefasının səbəbini AÇIQLADI – YENİLƏNİB

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.