RUBİN.AZ APA-ya istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hərbi əməkdaşlığın inkişaf etdirilməsi hər iki ölkənin sabitliyinin təminatıdır: “Müsəlman və qardaş Azərbaycanın müdafiə naziri ilə çox yaxşı görüş baş tutdu. Bu görüşdə İran İslam Respublikasının qonşu ölkələrlə, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi haqda müzakirə apardıq”.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilk olaraq dəvətə görə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə təşəkkür edib. Azərbaycanın müdafiə naziri bildirib ki, görüş səmimi atmosferdə keçib: “Görüşdə önəmli məsələlər haqda danışıq apardıq. Bildirdik ki, ikitərəfli əlaqələrin inkişafında qərarlıyıq. Əminəm ki, bu görüşdən sonra iki ölkənin hərbi əməkdaşlığı yüksək səviyyədə olacaq”.
Z. Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisini Azərbaycana rəsmi səfər dəvət etdiyini diqqətə çatdırıb: “Ümid edirəm bu səfər tezliklə baş tutacaq”.