Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin təşəbbüsü olan özünüməşğullluq proqramının əhatə dairəsi 2018-ci ildə əvvəlki illə müqayisədə 6 dəfədən çox genişləndirilib. Ötən il proqrama müraciət edənlərdən 7296 nəfər təlim kurslarından keçərək biznes-planlarını müdafiə ediblər. Onlardan artıq 5500-nə aktivlər təqdim olunub.
“Rubin.az xəbər verir ki,bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət televiziyasına müsahibəsində bildirib.
Nazir aktivlərin verilməsi prosesinin davam etdirildiyini, hər həftə təqribən yüzədək şəxsə aktivlər verildiyini deyib. Proqrama cəlb olunanlar arasında həssas qruplardan olanların üstünlük təşkil etdiyini bildirən S.Babayev qeyd edib ki, özünüməşğulluq proqramı ildə 7-8 min ailəni əhatə edir. Bu da faktiki olaraq ildə 7-8 min mikro müəsissənin və təsərrüfatın yaradılması deməkdir. 2019-cu ildə də özünüməşğulluq proqramına 7-8 min ailənin cəlb edilməsi nəzərdə tutulur.
S.Babayev il ərzində aktivlərin verilməsi prosesinin ardıcıl şəkildə davam edəcəyini diqqətə çatdırıb.
Nazir proqram çərçivəsində ayrı-ayrı sənətkarlıq növləri üzrə kiçik təsərrüfatını quranların da olduğunu, ötən il proqram iştirakçılarından 1000 nəfərə qədərini belə şəxslər təşkil etdiyini deyib.