“Qazaxıstanda KTMT çərçivəsində həyata keçirilən tədbirlər növbəti rəngli inqilabın alovlanmasına imkan vermədi”.
Azvision.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
Onun sözlrinə görə, Qazaxıstanın üzləşmiş olduğu təhdidlər postsovet məkanının əksər dövlətləri üçün ümumi haldır: “Biz başa düşürük ki, qardaş respublikada baş verənlər müstəqil dövlətlərin daxili işlərinə növbəti dəfə kənar müdaxilə cəhdidir. Qazaxıstan əvvəllər müxtəlif qaynar nöqtələrdə döyüş təcrübəsi almış təlim keçmiş terrorçu qrupların silahlı təcavüzü ilə üzləşdi. Onlar xüsusi təlim keçiblər və müxtəlif qaynar nöqtələrdə döyüş təcrübəsi qazanıblar”, – Lukaşenko Qazaxıstandan gələn Belarus sülhməramlı kontingenti ilə görüşdə deyib.