Xarici İşlər Nazirliyində (XİN) nazir Elmar Məmmədyarovun rəhbərliyi ilə geniş tərkibli kollegiya iclası keçirilib.
XİN-dən “Rubin.az” verilən məlumata görə, iclasda cari il Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd olunması ilə bağlı tədbirlər planı, həmçinin bir sıra digər təşkilati və kadr məsələləri müzakirə edilib.
İclas zamanı həmçinin XİN-in yeni təyin olunmuş idarə rəisləri kollektivə təqdim olunub.