Son illər ərzində anomal hava şəraiti, artan istehlak inflyasiyası, enerji və əmək böhranı ilə qidalanan qlobal ərzaq dəyərləri üzərində təzyiqin yüksəlməsi qiymətlərə də təsir edib. Ən qorxulu məqam isə qlobal miqyasda kənd təsərrüfatı məhsullarının qiymətlərindəki artımdır. Bu ilin yazında müşahidə olunan soyuq hava şəraiti Şimal yarımkürəsində, o cümlədən Aİ ölkələri, ABŞ və Kanadada buğda əkinlərinə mənfi təsir etdi.
Qiymət artımı taxılın, xüsusilə də buğdanın bahalaşmasına görə yaranıb. İlin əvvəlindən bu yana buğdanın qiyməti təxminən 26 faiz artıb. Buğda əsas ərzaq təhlükəsizliyini təmin edən fundamental məhsul olduğundan inflyasiya risklərini də artırır.
Böhranın Azərbaycana təsiri ilə bağlı Baku TV-nin süjetini təqdim edirik: