Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Q.Paşayeva: Hər zaman Axıska türkləri qardaş-bacılarımızın yanındayıq
  • Siyasət

Q.Paşayeva: Hər zaman Axıska türkləri qardaş-bacılarımızın yanındayıq

rubinroot Yanvar 30, 2019
50454651_1836651779780186_5624596880584343552_n

Millət vəkili Q.Paşayeva DATÜB Baş katibi və fəalları ilə görüşündə “hər zaman Axıska türkləri qardaş-bacılarımızın yanındayıq” deyib.

Axıska türklərini təmsil edən DATÜB Baş katibi Ziyatdin İsmihanoğlu Kassanov və təşkilatın fəalları millət vəkili Qənirə Paşayeva ilə görüşüb və Axıska türklərinin öz vətənlərinə dönmələri ətrafında geniş müzakirələr olub. Millət vəkili Qənirə Paşayeva “hər zaman Axıska türkləri qardaş-bacılarımızın yanındayıq” deyib. Millət vəkili Q. Paşayeva Axıska türklərinin doğma yurda dönüş üçün uzun illərdir apardıqları mübarizəni yaxından izlədiyini, çox çətinliklə də olsa əldə edilən bəzi nəticələrin yeni situasiya yaratdığını bildirib. Problemə AŞPA səviyyəsində bəslənən münasibət, habelə Azərbaycan və Türkiyənin, eləcə də digər dost və qardaş respublikaların məsələyə münasibəti barədə fikir mübadiləsi aparılan görüşdə Gürcüstanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən və mövcud durumdan irəli gələn məsələlər barədə də danışılıb. Görüşdə Axıska türklərinin öz vətənlərinə dönüşü istiqamətində vəziyyət, görülən işlər, problemlər, AŞPA-dakı görüşlərin nəticələri ilə bağlı maraqlı müzakirələr də aparılıb. Axıska türklərinin dönüşü istiqamətində gedən işlərdən,problem və əngəllərdən danışan Axıska türkləri təmsilçiləri millət vəkili Qənirə Paşayevanın axıska türklərinə hər zaman əlindən gələn dəstəyi göstərdiyinə görə təşəkkür etməklə yanaşı bu istiqamətdə səylərini daha da artırmasını da xahiş ediblər. DATÜB Baş katibi Ziyatdin İsmihanoğlu Kassanov və təşkilatın fəalları “Azərbaycan da bizim vətənimizdir, hər zaman Azərbaycanın yanındayıq, Qarabağ problemi bizim də problemimizdir və məsələdə Azərbaycanın yanındayıq, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş təbliği istiqamətində səylərimizi bundan sonra artıracaqlarını deyiblər.  “Axıska türkləri bizim qardaş-bacılarımızdı və onların problemi bizim də problemimizdir” deyən millət vəkili Qənirə Paşayeva bundan sonra da əlindən gələn dəstəyi hər zaman göstərəcəyini deyib.DATÜB Baş katibi Ziyatdin İsmihanoğlu Kassanov və millət vəkili Q.Paşayevanın Gürcüstanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri  Tamar Çuqoşvili və Avropa Şurasındakı daimi nümayəndəsi İrakli Giviashvili ilə görüşündə Axıska türklərinin öz yurdlarına dönməsi və bu ölkədə yaşayan azərbaycanlılarla bağlı məsələlər xüsusi diqqət mərkəzində olub.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: “Əlillik qüsur deyil” kitab-albomunun təqdimatı olub
Next: 15 yaşlı oğlan qadını öldürəndən sonra zorlayıb

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.