“Bildiyiniz kimi, dekabrın 10-da Moskva şəhərində 3+3 formatının ilk iclası keçirildi. Qeyd etmək istəyirəm ki, bu iclasın gündəliyi yox idi”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birgə keçirdiyi mətbuat konfransında 3+3 əməkdaşlıq formatının perspektivləri barədə suala cavab verərkən deyib.
“Bu istiqamətdə müsbət məqam ondan ibarətdir ki, müzakirələr konstruktiv formada baş tutub. Görüşdə kommunikasiya, nəqliyyat, humanitar, etimad quruculuğu tədbirləri, təhlükəsizlik məsələlərinin müzakirə edilməsi qərarına gəlinib. Ümumilikdə belə bir platformanın olmasını müsbət dəyərləndiririk və faydalı hesab edirik”, – deyə Ceyhun Bayramov söyləyib.