Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
“Rubin.az”xəbər verir ki, sərəncama əsasən Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib:
Məmmədov Kənan Ələsgər oğlu – Bakı Baş Gömrük İdarəsinin rəisi
Rəsulov Məsum Eynalı oğlu – Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi.