Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin Neftçala rayonunda keçirəcəyi vətəndaş qəbulu fevralın 8-nə təyin olunub.
Qəbulda Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonlarının sakinləri iştirak edəcək.
Nazirlikdən “Rubin.az”-a verilən məlumata görə ,qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) müraciətləri cavablandırılacaq.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər