Prezident cənab İlham Əliyevin yeni Fərmanı birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsini daha da genişləndirdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Rubin.az”-a verilən məlumata görə,2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisimizin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Yeni Fərmanla birdəfəlik ödəmələr artıq 12268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır.