Cümə axşamı, 26 Noyabr 2026 08:13:08 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
26 Noyabr 2026
SON XƏBƏRLƏR
Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00
Manşet

İlham Əliyev yeni Biləcəri lokomotiv deposunun açılışında iştirak etdi

19.11.2021 12:18 · 124 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni Biləcəri lokomotiv deposunun açılışı olub.

RUBİN.AZ  xəbər verir ki, Prezident İlham Əliyev açılışda iştirak edib.

QSC-nin sədri Cavid Qurbanov prezident İlham Əliyevə yeni Biləcəri lokomotiv deposunda yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, yeni depoda lokomotivlərin texniki baxışı və təmiri işləri aparılacaq. MDB məkanında ilk dəfə Azərbaycanda yaradılan bu cür deponun istifadəyə verilməsi 4-cü sənaye inqilabına keçidlə bağlı atılan addımlardan biridir. Deponun üzərində günəş panelləri quraşdırılıb ki, alınan enerji depoda istifadə olunur. Burada zəruri infrastruktur yaradılıb, dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıq quraşdırılıb. Deponun tikintisi “Dəyişən cərəyanla işləyən 50 lokomotiv üçün iki deponun – Biləcəri və Gəncə lokomotiv depolarının tikintisi” layihəsi çərçivəsində həyata keçirilib. Yeni depoların nəzərdə tutulduğu dəyişən cərəyanlı 40 yük lokomotivi və ikili elektrik təchizatı sistemində işləyən 10 sərnişin lokomotivi dünyanın aparıcı şirkətlərinə sifariş edilib. 28-i yük və 10-u sərnişin lokomotivi olmaqla 38 müasir “Alstom” lokomotivi artıq Azərbaycana gətirilib. Ümumilikdə, bu deponun istifadəyə verilməsi enerji resurslarının qənaətinə, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına və nəticə etibarilə yük və sərnişin daşımalarında səmərəlilik göstəricilərinin yaxşılaşdırılmasına, lokomotivlərin gücünün çoxalmasına imkan yaradacaq. Depoda xarici ölkələrdə təlim keçmiş 150-yə yaxın yüksək ixtisaslı işçi çalışacaq.

Dövlət başçısı yeni deponun açılışını edib.

↑