Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” İşçi Qrupunun noyabrın 25-də “Webex” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulur.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, iclasda emissiya prosedurlarının sadələşdirilməsi ilə bağlı infrastruktur və normativ çərçivəyə baxılması, səhmləri kütləvi təklif üsulu ilə buraxılan emitentlərə vergi güzəştlərinin tanınması imkanlarına baxılması, sığorta bazarının sağlamlaşdırılması və dayanıqlığının artırılması üçün tənzimləyici çərçivənin təkmilləşdirilməsi, investisiyanın səmərəliliyi ilə bağlı maliyyə savadlılığının və sığorta ilə bağlı məlumatlılığın artırılmasına dair birgə müzakirələr aparılacaq.