Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Əli Əhmədov üçün ÖZƏL GÜN
  • Gündəm

Əli Əhmədov üçün ÖZƏL GÜN

rubinroot Yanvar 27, 2019
eli_ehmedov4_1_415184212951534584814153683035615453750091548588958

Yanvarın 27-də Azərbaycan Respublikası baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov 66 yaşı tamam olur.

“Rubin.az “xəbər verir ki,Əli Əhmədov özəl günündə təəssüratlarını qısaca olaraq Modern.az-la bölüşüb.

Baş nazirin müavini doğum gününü təmtəraqlı qeyd etməyi sevmədiyini bildirərək,  edilən təbriklərə görə hər kəsə təşəkkürlərini çatdırıb.

Ə.Əhmədov geniş danışmaq istəməyib.

Qeyd edək ki, Əli Əhmədov 1953-cü il yanvarın 27-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun Dərə kəndində anadan olub. Moskva Dövlət Tarix-Arxiv İnstitutunun tarix fakültəsini bitirib. 1 dərsliyin, 50-dən çox elmi əsərin və məqalənin müəllifidir.

1975-ci ildən Baş Arxivlər İdarəsinin baş elmi işçisi, Azərbaycan EA-nın Mərkəzi Elmi Baş Arxivinin müdiri olub. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri işləyib. 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında şöbə müdirinin müavini vəzifəsində çalışmışdır. 1999–2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı olub.

1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında İcra katibi seçilib. O, həmçinin ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2005-ci il noyabrın 6-da 19 saylı Nərimanov birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür.

2005-ci ilin martın 26-da III qurultayda YAP Sədirinin müavini və İcra katibi seçilib.

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Belarus, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

22 oktyabr 2013-cü ildən Azərbaycan Respublikası baş nazirinin müavinidir.

Evlidir, 2 övladı var.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Sabah hava necə olacaq?-Rəsmi
Next: Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.