Bazar ertəsi, 30 Noyabr 2026 02:59:19 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00
Gündəm

“Şuşa türk dünyasının mədəniyyət paytaxtı elan ediləcək” – Nazir

13.11.2021 16:52 · 154 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
“Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı 2023-cü ildə doğma Şuşamızda keçiriləcək. Şuşa, eyni zamanda türk dünyasının 2023-cü il mədəniyyət paytaxtı elan ediləcək. Bununla bağlı qarşıda gələn il qərar qəbul ediləcək. Lakin biz bunu gözləmədən artıq 2023-cü ildə “Korkut Ata” film festivalına ev sahibliyi etməyimizə dair təklifimizi verdik və bu təsdiq olundu”.
Azvision.az  xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov İstanbulda media nümayəndələrinə açıqlamasında deyib. O bildirib ki, 2023-cü ildə türkdilli dövlətlərin nümayəndələrini Şuşada qarşılayacağıq:
“Türkiyə Respublikasının təşəbbüsü ilə türk dünyasının “Korkut Ata” film festivalı keçirilir. Burada bütün türkdilli dövlətlərin nümayəndələri, nazirlər, eyni zamanda kino sahəsində çalışan insanlar da iştirak edirlər. Burada bütün türkdilli dövlətlərin nazirləri olaraq çox vacib birgə bir bəyannamə imzaladıq. Bəyannamədə bu festivalın davamlı, mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. Bildiyiniz kimi, 2022-ci ildə festival Türkiyənin Bursa şəhərində keçiriləcək. Çünki Bursa türk dünyasının mədəniyyət paytaxtı seçilib”.
Nazir eyni zamanda Türkdilli dövlətlərin mədəniyyət nazirləri tərəfindən imzalanan birgə bəyannamə haqqında məlumat verib. O qeyd edib ki, sənəddə çox önəmli türk filmləri üzrə birgə fondun yaradılması məsələsi nəzərdə tutulur:
“Birgə kino çəkilişləri məsələsi var və təlim-tədris, bu sahədə çalışan insanların birgə təcrübə mübadiləsi aparılması və öyrənilməsi məsələləri də bəyannamədə əks olunub. Ümumiyyətlə qeyd etmək istərdim ki, bu təşəbbüs çox önəmlidir. Çünki bizim ortaq tariximiz, mədəniyyətimiz, dəyərlərimiz var. Biz bu dəyərləri nəinki türk dünyasında, eyni zamanda beynəlxalq səviyyədə tanıtmalıyıq. Bunun da ən effektiv və gözəl vasitəsi kino, seriallardır. Bu səbəbdən hesab edirik ki, bu festival və imzalanan bəyannamə bu sahə üzrə türk respublikalarının əməkdaşlıqlarına gözəl bir təkan verəcək. Bu bir başlanğıcdır və davam etdiriləcəyinə əminəm”.
↑