Bazar ertəsi, 30 Noyabr 2026 02:51:17 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00
Gündəm

Azərbaycan Gənclər Parlamenti yaradılır, 30 üzvü olacaq

01.11.2021 15:47 · 240 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Milli Məclis və Azərbaycan Gənclər Fondu arasında Azərbaycan Gənclər Parlamentinin yaradılması barədə memorandum imzalanıb.

RUBİN.AZ  xəbər verir ki,  bu barədə  Report-a Milli Məclisdən məlumat verilib.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Ulu öndər Heydər Əliyevin ideyaları əsasında həyata keçirilmiş Azərbaycan gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da inkişaf etdiyini diqqətə çatdırıb.

O, qeyd edib ki, gənclər siyasəti ölkəmizin əsas siyasi xətlərindən biri kimi müəyyən edildikdən sonra sağlam, vətənpərvər Azərbaycan gəncliyi formalaşıb. Məhz bu gənclik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuzun əsas qüvvəsi olaraq 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış əzəli və əbədi torpaqlarımızı düşməndən həmişəlik azad etdi. Vətən müharibəsində Azərbaycan gəncliyi öz üzərinə düşən tarixi missiyanın öhdəsindən layiqincə gəldi. Fəaliyyətə başlaması nəzərdə tutulan Azərbaycan Gənclər Parlamenti ölkəmizdə gənclərin social-iqtisadi vəziyyətinin monitorinqi, gənclər arasında hüquq mədəniyyətinin yüksəldilməsi, gənclərin cəmiyyətin ictimai və siyasi həyatında fəal rol oynaması, həmçinin gənclərin Milli Məclisdə müvafiq qanun layihələrinin ictimai müzakirələrində iştirak etməsi baxımından olduqca mütərəqqi təsisat olacaq.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov nitqində bildirib ki, Azərbaycanda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə ilk dəfə gənclərin birinci forumu keçirilib. Növbəti il də Gənclər günü təsis edilərək Şərqi Avropada ilk dəfə Azərbaycanda Gənclər günü elan edilib. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətdə biz gənclərin məhkəmə, icraedici orqanlarda irəli çəkilməsi, həm də hazırda parlamentdə gənc deputatların təmsil olunması ölkəmizin gənclərinin potensialından xəbər verir. Gənclər Fondunun icraçı direktoru bildirib ki, biz bu potensialı torpaqlarımızın işğaldan azad edilməsi zamanı da gördük: “Azərbaycan Gənclər Parlamenti uzun illərdir ölkəmizdə müzakirə olunan layihələrdən biri idi. Hazırda bu layihənin hazırda uğurlu olmasının səbəbi Milli Məclis tərəfindən tanınmasıdır. Layihənin əsas məqsədləri gənclərin Milli Məclisin fəaliyyətinə cəlb olunmasıdır. Azərbaycan Gənclər Parlamentində 30 gəncin təmsil olunması nəzərdə tutulur. Belə ki, 13 iqtisadi rayonumuzun hərəsindən 2 nəfər, Bakı iqtisadi regionundan isə 4 nəfər nəzərdə tutulur”.

Tədbirdə iştirak edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin deputatları Şahin İsmayılov, Nigar Arpadarai, Kamal Cəfərov, Ramin Məmmədov, Emin Hacıyev çıxışlarında Azərbaycan Gənclər Parlamentinə uğurlar arzulayıblar. Bu layihənin gənclərin siyasətə cəlb olunması üçün yaxşı imkan yaradacağına ümid etdiklərini diqqətə çatdırıblar.

↑