Tədbirdən öncə Ordudan yeni tərxis olunmuş gənclərdən bir qrupu ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər. Sonra Heydər Əliyev Mərkəzində ulu öndərlə bağlı eksponatlarla tanış olmuşlar.
“Rubin.az” xəbər verir ki,Tədbir Heydər Əliyev Mərkəzində keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmə-tə Çağırış üzrə Dövlət Xidmət Bərdə rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, idarə-müəssisə, təşkilatların rəhbərləri iştirak edirmişlər.
Tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət Bərdə rayon şöbəsinin rəisi, polkovnik –leytenant Əfran Nəbiyev açaraq Milli Ordumuzun möhkəmlənməsindən danışmışdır.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya geniş nitq söyləyərək ulu öndər Heydər Əliyevin Milli Ordumuzun qurulması və möhkəmləndirilməsindəki xidmətlərindən, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin bu sahədə apardığı uğurlu işlərdən, torpaqlarımızın azad edilməsi uğrunda Milli Ordumuzun qazandığı nailiyyətlər danışmışdır. Bildirmişdir ki, bugün Milli Ordumuz düşmən işğalı altında qalmış torpaqlarımızı azad etmək gücünə malikdir.
Tədbirdə diqqətə çatdırılmışdır ki, həqiqi hərbi xidmətdən qayıtmış gənclərin sonrakı taleyi, onların işlə təminatı bu günün ən aktual məsələlərindən biridir.
Tədbirdə Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Cəmiyyətinin sədri Oqtay Həşimov, Qarabağ Azadlıq Təşkilatı rayon şöbəsinin sədri, müharibə veteranı Gəray Əsədov, Ordu sıralarından terxis olunmuş gənc İlkin Quliyev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər və xüsusi vurğuladılar ki, lazım gələrsə yenidən Vətənin müdafiəsinə qalxmağa hər an hazırdırlar.
Tədbirdə həqiqi hərbi xidmətdən yenicə tərxis olunmuş gənclər hərbi bilet və qiymətli hədiyyələr təqdim olunmuşdur.