”Qarabağda vəziyyəti qoruyub saxlamaq alınır, həmişə insidentlərdən qaçmaq olmur və bu qədər illik qarşıdurmadan sonra idealist mənzərəni təsəvvür etmək çətindir”.
Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq klubunun iclasında çıxışında bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bütün çətinliklərə baxmayaraq Qarabağda qan tökülməsini dayandırmaq qərarına gələn zaman siyasi müdriklik nümayiş etdiriblər.
“Hadisələrin bütün faciələrinə baxmayaraq, onlar bir anlıq siyasi vəziyyətdən yuxarı qalxmağı və çox məsuliyyətli qərar qəbul etməyi bacardılar”, – deyə Putin vurğulayıb.
Onun sözlərinə görə, əsas məqsəd təhlükəsiz birgə yaşayış və iqtisadi inkişafa şərait yaratmaqdır: “İndi ən vacibi sərhəddəki vəziyyəti tamamilə nizamlamaqdır”.