ABŞ-ın Türkiyədəki Səfirliyi sosial media hesabından Osman Kavalanın azad olunması ilə bağlı çağırış edib. “Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, çağırışda bu təşəbbüsü Almaniya, Fransa kimi 10 Avropa dövlətinin dəstəklədiyi bildirilib. Qeyd edilib ki, məsələ ilə bağlı 10 ölkənin səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb.