Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,85 dollar artaraq 84,85 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,71 dollar bahalaşaraq 82,02 dollar olub.
Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,05 dollar azalaraq 84,90 dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 11-də (85,89) qeydə alınıb.
virtualaz.org