Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • SOCAR-ın “2035-ci ilə kimi Korporativ Strategiya”sı qəbul edilib
  • İqtisadiyyat

SOCAR-ın “2035-ci ilə kimi Korporativ Strategiya”sı qəbul edilib

rubinroot Oktyabr 14, 2021
16341966502299025473_1000x669

Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclasında SOCAR-ın “2035-ci ilə kimi Korporativ Strategiya”sı qəbul edilib.

RUBİN.AZ xəbər verir ki,  SOCAR-dan AZƏRTAC-a bildirilib ki, Dördüncü Sənaye İnqilabı (Sənaye 4.0) tələblərinə uyğun olaraq hazırlanmış yeni strategiya sənədi şirkətin qlobal, regional və yerli layihələrinin inkişaf tendensiyalarını bütövlükdə əks etdirməklə, neft-qaz sənayesində gələcək fəaliyyətin koordinasiyasını, dəyər zəncirinin inteqrasiyasının əsas istiqamətlərini müəyyən etməklə yanaşı, istehsal tsiklininin rəqəmsallaşmasına, innovasiyaların dəstəklənməsi, kadr potensialının zənginləşdirilməsi kimi sahələrin dayanıqlı inkişafına istiqamətlənəcək. “2035-ci ilə kimi Korporativ Strategiya” SOCAR-a daha çoxşaxəli investisiya portfeli qurmaq imkanı verəcək.

İclas iştirakçıları, eyni zamanda, Müşahidə Şurasının işinin təkmilləşdirilməsi və daha effektiv fəaliyyətin həyata keçirilməsi məqsədilə SOCAR-ın Müşahidə Şurasının Koordinasiya Ofisinin yaradılması və həmin ofisə Müşahidə Şurasının üzvü Ruslan Əlixanovun direktor təyin olunması barədə qərar qəbul ediblər.

İclasda Dövlət Neft Şirkətinin fəaliyyəti istiqamətində digər və cari məsələlər ilə bağlı da geniş müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub.

SOCAR-ın Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 2021-ci il 23 yanvar tarixli Fərmanına əsasən yaradılıb.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: MTN generalının məhkəməsinə jurnalistlər buraxılmayıb
Next: Gənclər və idman naziri Bakı Ali Neft Məktəbində

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.