Bazar, 22 Noyabr 2026 21:33:35 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
22 Noyabr 2026
SON XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır21.11.2026 15:00 Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı – polis saxladı21.11.2026 12:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub21.11.2026 09:00 Ağdam Şəhəri Günü münasibətilə sərgi təşkil olunub (FOTO)20.11.2026 21:00 YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)20.11.2026 19:30 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır21.11.2026 15:00 Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı – polis saxladı21.11.2026 12:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub21.11.2026 09:00 Ağdam Şəhəri Günü münasibətilə sərgi təşkil olunub (FOTO)20.11.2026 21:00 YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)20.11.2026 19:30
Siyasət

“Dövlət-din münasibətlərinin tənzimlənməsində dini icmaların rolu” mövzusunda tədbir keçirilib

24.01.2019 21:58 · 525 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Yanvarın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Yevlax şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Dövlət-din münasibətlərinin tənzimlənməsində dini icmaların rolu” mövzusunda tədbir keçirilib. “Rubin.az” xəbər verir ki,tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev dövlət-din münasibətlərinin təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və hal-hazırda da yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayaraq, dini icmalara dövlət tərəfindən maddi dəstəyin göstərildiyini və keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib. Natiq Əfəndiyev, həmçinin Azərbaycanda hər bir şəxsin dini etiqad azadlığının təmin olunduğunu da nəzərə çatdırıb.

Daha sonra çıxış edən YAP Yevlax şəhər təşkilatının Aparat rəhbəri Əli Quliyev Azərbaycanda məscidlərin təmir, bərpa və inşasının dövlətin İslam dininə verdiyi böyük dəyərin bariz nümunəsi olduğunu qeyd edib. Bununla yanaşı Əli Quliyev bütün dinlərin nümayəndələrinin inanclarına dövlət tərəfindən hörmət göstərildiyini bildirərək, bunun dünyada tolerant ölkə kimi tanınan Azərbaycanın öz milli və dini dəyərlərinə bağlılığının göstəricisi olduğunu vurğulayıb. Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli Azərbaycan dövlətinin XX əsrdə ikinci dəfə müstəqillik qazanması və Ulu Öndər Heydər Əliyevin səyi ilə ideologiyamıza, milli və dini dəyərlər sistemimizə yeni müsbət baxışın formalaşdırıldığını bildirib. Tədbirdə çıxış edən Yevlax şəhəri “Cümə” məscidinin imamı, Yevlax rayonu Ərəbbəsrə kənd məscidi dini icmasının sədri Nəsib Xəlilov və Yevlax rayonu Xaldan kənd “Cümə” məscidinin mütəvəllisi Elşən Osmanov dövlətin İslam dininə və din xadimlərinə verdiyi dəyərdən bəhs edərək, bu müstəvidə keçirilən maarifləndirici tədbirlərinin mahiyyətini vurğulayıblar. Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

↑