Rusiya prezidenti Vladimir Putin bu gün MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşəcək.
Bu barədə Report Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, görüş videokonfrans formatında keçiriləcək.
Görüşdə Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətlərinin rəhbərləri iştirak edəcək.
Xüsusi xidmət orqanlarının rəhbərləri MDB-yə üzv dövlətlərin təhlükəsizlik və kəşfiyyat xidmətlərinin rəhbərlərinin görüşünün XVII iclasında iştirak etmək üçün Moskvaya gələcəklər.
İclas təhlükəsizlik və sabitliyin təmin edilməsi sahəsində MDB xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqəsi məsələlərinə həsr edilib.