Cümə axşamı, 26 Noyabr 2026 09:19:14 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
26 Noyabr 2026
SON XƏBƏRLƏR
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış olub, xəsarət alanlar var (FOTO/VİDEO)26.11.2026 09:00 Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış olub, xəsarət alanlar var (FOTO/VİDEO)26.11.2026 09:00 Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00
Manşet

“Tamamilə haqlı olaraq 28 Mayı Müstəqillik Günü kimi qeyd etməliyik” – Yenilənib

11.10.2021 12:53 · 152 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsinə başlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, deputat Hikmət Məmmədli qeyd edib ki, bəzi hallarda bayramın adının dəyişdirilməsi məsələsinə yanlış yanaşılır: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Dünyaya bəyan edərkən isə bunu “İstiqlal bəyannaməsi” şəklində bəyan etdilər.

Ona görə də bu gün istiqlal sözünə uyğun olaraq Müstəqillik Günü kimi qeyd edilməlidir. Çünki respublika sözü müstəqillik və istiqlal sözünün sinonimi deyil. Respublika bir dövlətin idarəetməsini bildirən termindir”.
***

Deputat Qüdrət Həsənquliyev qeyd edib ki, respublika sözü dövlət hakimiyyətinin idarə edilməsinə görədir: “Əslində dövlət müstəqilliyimiz 1918-ci ildə “İstiqlal bəyannaməsi” kimi elan olundu. Bu, o deməkdir ki, bizim müstəqilliyimiz elan olunurdu. Ona görə də biz tamamilə haqlı olaraq 28 May tarixini Müstəqillik Günü kimi qeyd etməliyik”.

***

Millət vəkili Siyavuş Novruzov qeyd edib ki, hər iki tarixdə bizi Müstəqillik Günü münasibətilə təbrik edirdilər: “Təbii ki, bu, doğru ifadə deyildi. Bir ölkənin iki müstəqilliyi ola bilməz. Hesab edirəm ki, bu qanun layihəsində həm 28 May, həm də 18 Oktyabr tarixləri daha dəqiq ifadə olunacaq”.

***

Deputat Əli Məsimli qeyd edib ki, qanun layihəsi ətrafında fikir ayrılığında qeyri-adi bir şey yoxdur: “İstiqlal sözü ilə Cümhuriyyət bir-birinə qarşı qoyulmur. Biz tarixi gerçəklikləri uyğunlaşdırmaqla düzgün addım atırıq. Bunları nəzərə alaraq, “Müstəqilliyin bərpası” günü kimi qeyri-iş günü hesab edilməlidir. Çünki Müstəqillik Günü bayram günü kimi qeyri-iş günüdür”.

↑