Bazar ertəsi, 30 Noyabr 2026 02:19:06 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00
Gündəm

Sahibə Qafarova Polşa səfiri ilə görüşüb

05.10.2021 17:52 · 145 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborskini qəbul edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, parlamentin spikeri Polşanın Azərbaycan üçün dost ölkə olduğunu bildirərək, iki ölkə arasında siyasi sahədə olduğu kimi, iqtisadi və humanitar sahələrdə də geniş əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib.

Sahibə Qafarova ötən ay Polşa Senatının sədri Tomas Qrodzki ilə Avstriyanın paytaxtı Vyanada keçirdiyi görüşü xatırlayaraq, görüşdə bir çox məsələlər ətrafında müzakirələr aparıldığını bildirib.

Sahibə Qafarova görüşdə 44 günlük Vətən müharibəsindən və ötən ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatdan sonra bölgədə yaranmış yeni reallıqlardan söz açıb.

Milli Məclisin sədri ölkənin işğaldan azad olunmuş ərazilərində bərpa və quruculuq işlərinə başladığını diqqətə çatdırıb.

Milli Məclisin sədri Ermənistanın hələ də təxribatlarını davam etdirdiyini və sabitliyə mane olduğunu vurğulayaraq, işğalçı ölkə tərəfindən törədilən təxribatlar haqqında məlumat verib.

Rafal Poborski ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. O deyib ki, Azərbaycan və Polşa arasında bir çox sahələri əhatə edən əlaqələr möhkəm əsaslara malikdir. Siyasi sahədə mövcud olan müsbət dialoqun iqtisadi, humanitar sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını söyləyən Rafal Poborski ölkəmizdə diplomatik fəaliyyəti dövründə dost ölkələrimiz arasında münasibətlərin daha da inkişafına töhfə vermək üçün çalışacağını bildirib.

Səfir qanunverici orqanlar arasında əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edərək, bu əlaqələrin uğurlu inkişaf yolu keçdiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

↑