Vətən müharibəsi şəhidi Muxtar Qasımlının anım günü ilə əlaqədar tədbir keçirilib.
RUBİN.AZ xəbər verir ki, tədbirdə Milli Məclisin Sədrinin müavini, millət vəkili Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, dəyərli illahiyyatçı Hacı Şahin Həsənli ilə bərabər qəhrəmanımızın anım mərasimində iştirak edib.
Qeyd edək ki, Muxtar Qasımlı 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuz tərəfindən aparılan Vətən müharibəsində iştirak edib. Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Muxtar Qasımlı ölümündən sonra ” Vətən uğrunda”, ” Füzulinin azad olunmasına görə ” medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət etsin, tarixi Qələbəmizə görə onlara borcluyuq, xatirələri hər zaman bizim üçün əzizdir.