Milli Məclisin 2021-ci il payız sessiyasında Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Trend-in məlumatına görə, iclası spiker Sahibə Qafarova açıq elan edib. İclasın əvvəlində Azərbaycan dövlət himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Millət vəkilləri qazilərə şəfa diləyiblər.
Qeyd edək ki, bu gün Milli Məclisin 2021-ci il payız sessiyasının ilk plenar iclası keçirilir. İclasın gündəliyinə 15 məsələ daxildir.