Bazar ertəsi, 30 Noyabr 2026 02:05:09 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00
Siyasət

Spiker Qazaxıstan parlamentini Xocalı soyqırımını tanımağa ÇAĞIRDI

29.09.2021 17:27 · 144 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Milli Məclisin sədri Sahibə Qafarova rəsmi səfəri çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə və Qazaxıstan parlamenti Məclisinin sədri Nurlan Niqmatulinlə görüşlərində bu ölkənin parlamentini Xocalı soyqırımını tanımağa çağırıb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Milli Məclisin sədri qarşıdan 30-cu ildönümü gələn Xocalı soyqırımı barədə həmkarına ətraflı məlumat verib və diqqətə çatdırıb ki, bəzi beynəlxalq təşkilatlar və dünyanın bir çox ölkələrinin parlamentləri bu faciəni soyqırım kimi tanıyıblar. Spiker deyib ki, Qazaxıstan parlamentinin də insanlığa qarşı böyük cinayət olan bu faciəyə öz münasibətini bildirməsi yaxşı olardı.

Görüşlərdə Milli Məclisin sədri həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfər qazanaraq torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyduğunu deyib, azad edilmiş Azərbaycan ərazilərində işğal dövründə Ermənistan tərəfindən tamamilə dağıdılmış şəhərlərin, kəndlərin bərpasından və həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrindən bəhs edib.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayevlə görüşündə də Xocalı soyqırımı ilə bağlı məsələni vurğulayıb və qarşı tərəfdən müvafiq addım atılmasının arzuolunan olduğunu bildirib.

↑