Cümə axşamı, 26 Noyabr 2026 09:49:22 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
26 Noyabr 2026
SON XƏBƏRLƏR
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış olub, xəsarət alanlar var (FOTO/VİDEO)26.11.2026 09:00 Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış olub, xəsarət alanlar var (FOTO/VİDEO)26.11.2026 09:00 Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00
Manşet

İranın sərhəddə hərbi təlimlərinə Əliyevdən – Reaksiya

27.09.2021 15:54 · 118 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

O ki qaldı bizim sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlərə, bu, çox təəccüblü bir məsələdir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı. İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu onun suveren hüququdur, söz ola bilməz.

Axar.az  xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.

“Ancaq eyni zamanda bunu zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdı. Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti verir. Bu sualı dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi?

Ermənilər Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlimlər keçirilmirdi? Nə üçün biz bu torpaqları azad edəndən sonra, 30 illik əsarətə və işğala son qoyandan sonra bu keçirilir? Bu suallar legitim suallardır. Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa xələl gətirəcək heç bir hal olmasın. Bir də demək istəyirəm ki, Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır və təmkinlə aparır. Ümid edirik ki, bizim legitim addımlarımıza emosional reaksiya yəqin ki, müvəqqəti xarakter daşıyır”, – Prezident vurğulayıb.

↑