Cümə axşamı, 26 Noyabr 2026 09:59:25 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
26 Noyabr 2026
SON XƏBƏRLƏR
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış olub, xəsarət alanlar var (FOTO/VİDEO)26.11.2026 09:00 Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış olub, xəsarət alanlar var (FOTO/VİDEO)26.11.2026 09:00 Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00
Manşet

Prezident BMT sessiyasında çıxış edəcək

22.09.2021 17:20 · 235 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Sentyabrın 14-də BMT Baş Assambleyasının (BA) növbəti, 76-cı sessiyası öz işinə başlayıb.

Axar.az xəbər verir ki, Maldiv adalarının xarici işlər naziri Abdulla Şahid BMT BA-nın 76-cı sessiyasının prezidenti seçilib. Bununla da BMT BA-nın 75-a sessiyasının prezidenti Volkan Bozkırın (Türkiyə) səlahiyyətləri başa çatıb.

Ənənəvi olaraq, sessiya çərçivəsində yüksəksəviyyəli ümumi müzakirələr keçiriləcək. Dövlət və hökumət başçılarının iştirakı nəzərdə tutulan ümumi müzakirələr sentyabrın 21-dən başlayıb və sentyabrın 27-dək davam edəcək.

Müzakirələrin əvvəlində BMT-nin Baş katibi Antonio Quterreş illik hesabatını təqdim edib. Hesabatda beynəlxalq sülh və təhlükəsizliyin qorunması, dayanıqlı inkişaf, insan hüquqlarının müdafiəsi və təşviqi, həmçinin digər önəmli məsələlərə toxunulur.

Pandemiya ilə əlaqədar bu il ümumi müzakirələr seqmentinin hibrid formada, yəni həm fiziki iştirak, həm də virtual (videomüraciət) formada olması nəzərdə tutulub. Builki ümumi müzakirələrin mövzusu belədir: “Ümid vasitəsilə müqavimətin gücləndirilməsi: COVID-19-dan sonra bərpa, dayanıqlığın yenidən qurulması, planetin ehtiyaclarının cavalandırılması, insan hüquqlarına hörmət və BMT-nin canlandırılması”.

Ümumi müzakirələr BMT BA-nın ən önəmli seqmentlərindən biridir. Belə ki, qlobal platforma olan BMT BA-nın bu mötəbər kürsüsündən dövlət və hökumət başçıları istər milli, istərsə də beynəlxalq gündəlikdə duran məsələlərlə bağlı öz baxışlarını, dövlətlərinin siyasətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırırlar.

Müzakirələrdə Azərbaycan Prezident İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, ABŞ Prezident Cozef Baydenin, Çin Xalq Respublikasının Sədri Si Szinpinin və bir çox digər dövlət və hökumət başçılarının çıxışları gözlənilir. Bu il müzakirələr zamanı dövlət və hökumət başçıları tərəfindən əsasən COVID-19 pandemiyası, beynəlxalq sülh və təhlükəsizlik, Əfqanıstanda vəziyyət, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və digər önəmli məsələlərə toxunulacağı gözlənilir.

Ümumi müzakirələr çərçivəsində sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciət formatında çıxışı nəzərdə tutulub. BMT BA-nın builki ümumi müzakirələri ölkəmiz üçün xüsusi önəm kəsb edir. Belə ki, Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsindən sonra Prezident İlham Əliyev dünya ictimaiyyətinə Müzəffər Ali Baş Komandan kimi müraciət edəcək, qalib Azərbaycan xalqını təmsil edəcək.

↑