Bu gün Azərbaycanda Milli Musiqi Günüdür.
RUBİN.AZ xəbər verir ki, 1885-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya göz açıb.
Bu tarix ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.
Builki Milli Musiqi Günü xüsusilə əlamətdar olacaq. Çünki 30 ildən sonra işğaldan azad edilən Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ilk dəfə Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Belə ki, Şuşada Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də tanınmış solistlərin iştirakı ilə açıq havada konsert təşkil olunacaq.
Qeyd edək ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan bu festival hər il sentyabrın bu günündə açıq elan edilir və 10 gün davam edir.