Bazar, 29 Noyabr 2026 20:42:15 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00
Rəsmi

MM-də Azərbaycan-Türkiyə təliminə dair müzakirə

15.09.2021 16:37 · 142 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2021-ci il payız sessiyasında ilk iclası keçirilib.

Onlayn formatda keçirilən iclasda komitə sədri Səməd Seyidov sədrlik edib.

İclasda əvvəlcə, 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat təqdim edilib. Bildirilib ki, bu müddətdə komitənin 14 iclası keçirilib,19 məsələ, o cümlədən bir sıra qanun layihələri, Azərbaycanla bəzi ölkələr arasında bağlanmış sazişlər, protokollar, müqavilələr müzakirə olunub, habelə dünyada və regionda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılıb. Komitənin tövsiyə etdiyi 12 məsələ Milli Məclisdə qəbul edilib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə komitə sədri və üzvləri bir sıra dövlətlərin, beynəlxalq təşkilatların nümayəndə heyətləri ilə görüşüblər. Qeyd edilib ki, ötən müddətdə komitədə Niderland Krallığı ilə ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb.

Məlumat verilib ki, ötən müddətdə komitə üzvləri, həmçinin kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə fəallıq göstərərək, beynəlxalq münasibətlərə dair öz fikirlərini bildiriblər, xüsusilə müharibədən sonrakı dövrdə Azərbaycanın haqlı mövqeyinin geniş ictimaiyyətə çatdırılmasında aktivlik nümayiş etdiriblər.

Qeyd edilib ki, 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitəyə ümumilikdə 4742 ərizə və şikayət daxil olub, 3127 müraciətlə bağlı müvafiq tədbirlər görülüb, aidiyyəti təşkilat və idarələrə məktublar göndərilib. Komitə üzvləri tərəfindən vətəndaşların onlayn və fərdi qaydada qəbulu keçirilib.

Sonra komitənin 2021-ci ilin payız sessiyası üçün iş planına baxılıb. Bildirilib ki, qarşıdakıdövrdə bir sıra qanun layihələrinin müzakirəsi, beynəlxalq və dövlətlərarası müqavilələrin təsdiqi, icrası və ləğv edilməsi qaydalarına aid sənədlərə rəy verilməsi, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi barədə təkliflərin irəli sürülməsi, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan təşkilatları və oradakı soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulub. Növbəti sessiyanın iş planına,eyni zamanda,işğaldan azad olunmuş torpaqlarımızda erməni hərbi təcavüzünün ağır nəticələrinin, habelə “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımıhaqqında həqiqətlərin geniş ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyətin davam etdirilməsivə digər məsələlər daxil edilib.

Daha sonra komitədə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub.

Komitə sədri bildirib ki, Azərbaycan və Türkiyə arasında ən yüksək səviyyədə möhkəm münasibətlər qurulub. Bu gün Azərbaycan və Türk əsgərləri birgə təlimlər keçirlər vəbu, orduların bir-birinə yaxınlaşması deməkdir. Qeyd edilib ki, iki ölkə arasında hərbi əməkdaşlığın inkişafı regionda sülhün və təhlükəsizliyin qorunması üçün atılan mühüm addımdır.

Tədbirdə çıxış edən komitə üzvləri Sahib Alıyev, Elman Nəsirov, Nəsib Məhəməliyev, Sevil Mikayılova, Ramin Məmmədov, Ramil Həsən Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dairAnlaşma Memorandumubarədə öz fikirlərini açıqlayıblar, təlimlərin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər və belə sənədlərin qəbul edilməsi bu münasibətlərin dərinləşməsi baxımından çox önəmlidir.

Müzakirələrin sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanunlayihəsiMilli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Onlayn iclasda komitə sədrinin müavini Sevinc Fətəliyeva, deputatlardan Nigar Arpadarai, Kamran Bayramov, Cavanşir Feyziyev, Tural Gəncəliyev,Azər Kərimli, Asim Mollazadə, Rasim Musabəyov və Sabir Rüstəmxanlı iştirak ediblər.//Axar.az

↑