RUBİN.az xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib.
Qəbulda Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Güler də iştirak edib.