Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən Assambleyanın vitse-prezidenti seçilib.
“Rubin.az”Trend-ə istinadən xəbər verir ki, AŞ PA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri tam şəkildə təsdiqlənib.
Sessiya müddətində Azərbaycan nümayəndə heyəti öz işini həmişəki qaydada həyata keçirəcək.