Cümə axşamı, 15 Oktyabr 2026 11:26:16 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Dünya

İsrail Suriyanı bombaladı – 11 nəfər ölüb

21.01.2019 13:09 · 556 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

İsrail ötən gecə Dəməşqə yerdən və havadan idarə olunan raketlərlə hava zərbələri endirib.

“Rubin.az”“Qafqazinfo”-ya istinadən  xəbər verir ki, Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri onların əhəmiyyətli bir hissəsini zərərsizləşdirə bilib.

“Əl Əxbariyə” dövlət telekanalının məlumatına görə, Suriya HHMQ-ləri onlarla İsrail raketini vurub. Kanal qeyd edir ki, hücum zamanı müxtəlif silah növlərindən istifadə edilib. Raketlər Livanın hava sərhədindən, həmçinin İsrailin Qaliley regionu və Tiveriada gölü ətrafından buraxılıb.

İsrail ordusu isə yaydığı məlumatda bildirib ki, Qolansk yüksəkliyinə ( Yaxın Şərqdə mübahisəli ərazi. Böyük hissəsi hazırda İsrailin nəzarətindədir, şərq hissəsi isə Suriyanın –red.) raket zərbələri endirməyə cəhd edən Suriyadakı İran obyektlərini hədəf alıblar:

“Atəş dünən İsrail ərazisindən açılıb. İran İsrail dövlətinə və regional stabilliyə təhlükə yaradaraq yenə açıq şəkildə Suriyadakı hərbi mövcudluğunun əsl məqsədini nümayiş etdirdi. Cavab atəşinin məqsədi İranın Suriyadakı “Əl Qüds” bölmələrinin obyektləri olub”.

↑